XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2019 - 16:08

ADRA-da yeni şura yaradıldı –Məqsəd

Açıq məkanda reklam yayımı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması üzrə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Apellyasıya Şurası yaradılıb.

Agentlikdən Strateq.az-a verilən məlumata görə, şuranın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, şikayətlərə baxılması mexanizmləri barədə Şura üzvləri, onun Katibliyi və ADRA-nın müvafiq struktur bölmələrinin rəhbərləri məlumatlandırılmış və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmış, aidiyyəti tapşırıqlar verilib.

Artıq sahibkarlar özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı ADRA-nın qərarlarından, hərəkət və hərəkətsizliyindən Apellyasiya Şurasına müraciət edə biləcəklər. Yaxın zamanlarda sahibkarların həmçinin ADRA-nın rəsmi internet səhifəsi vasitəsi ilə də Şuraya elektron qaydada müraciət etmək imkanı təmin olunacaq.