Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, mayın 20-də qızılın qiyməti mayın 17-i ilə müqayisədə 17,06 manat azalaraq 1 unsiya üçün 2169,999 manat təşkil edib.
Gümüş 0,1755 manat ucuzlaşaraq 1 unsiya üçün 24,5466 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 12,138 manat azalaraq 1400,069 manat, palladiumun qiyməti isə 18,241 manat azalaraq 2244,4165 manat təşkil edib.
Ad | 20.05.2019 | 17.05.2019 | |
Qızıl | XAU | 2169,999 | 2187,05 |
Gümüş | XAG | 24,5466 | 24,7221 |
Platin | XPT | 1400,069 | 1412,207 |
Palladium | XPD | 2244,4165 | 2262,6575 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.