XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 14:01

Lisenziyaları ləğv olunan 3 banka93 milyon ödənildi

 

bank

 

Lisenziyaları ləğv olunan "Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın əmanətçilərinə indiyədək, ümumilikdə, 93 milyon manat vəsait ödənilib.

 

Strateq.az azertag.az-a istinadən xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov martın 3-də keçirdiyi mətbuat konfransında deyib.

 

"Əmanətlərin Sığortalanması Fondunun kifayət qədər vəsaiti var və əlavə vəsait cəlb etməyə ehtiyac duymuruq. Qeyd olunan üç banka ödəniləcək kompensasiyanın ümumi məbləği təxminən 148 milyon manatdır. Hazırda ƏSF-ın 40 milyon manat vəsaiti qalıb. Buna görə də Mərkəzi Bankdan əlavə vəsait götürməyə ehtiyac yoxdur. Zərurət yaranarsa, ƏSF Mərkəzi Bankdan 20 milyon manat vəsait cəlb edə bilər", – deyə A.Cavadov diqqətə çatdırıb.