XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

21 May 2019 - 18:24

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib –Açıqlama

Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin birgə iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 3 may tarixli Fərmanı ilə yeni tərkibi təsdiqlənmiş Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın ilk iclası keçirilib.

Fonddan Strateq.az-a verilən məlumata görə, iclasda Hasilatın pay bölgüsü sazişlərinin (HPBS) açıqlanması, HSŞ Komissiyasının 2019-cu il üzrə Fəaliyyət planı, 2018-ci il üzrə hesabatların əhatə dairəsi və hesabatlılıq müddətləri, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsi layihəsini icra edən məsləhətçilər tərəfindən görülmüş işlərə dair məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Görüşdə üç tərəfin (HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri) nümayəndələrindən ibarət 2018-ci il üzrə HSŞ hesabatın hazırlanması üzrə İşçi Qrupun yaradılması qərara alınmış və HSŞ hesabatını hazırlayacaq Müstəqil Auditorun seçimini tənzimləyən Şərtlər Toplusu və hesabat formaları müzakirə edilərək təsdiq edilib.