“Enerji perspektivləri baxımından Xəzər regionu həqiqətən də unikaldır”.
Bunu Vaşinqtonda ABŞ Ticarət Palatasının və bir sıra səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin dəstəyi ilə keçirilən IV Transxəzər Forumunda ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Sandra Oudkirk bildirib.
O qeyd edib ki, son 30 ildir ABŞ-ın Xəzər regionu ilə bağlı siyasəti dəyişməyib.
Forumda çıxış edən “BP America”nın xarici əlaqələr üzrə rəhbəri Bob Scher qeyd edib ki, Xəzərdə infrastruktur var və onun daha da genişləndirilməsi mümkündür.
O bildirib ki, BP-nin SOCAR-dan daha yaxşı tərəfdaşı yoxdur/Report.