XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 May 2019 - 16:24

Nazirlik rəsmisi:"Son yağışlar kənd təsərrüfatına ciddi ziyan vurmayıb

Son günlər Azərbaycanda müşahidə edilən yağışlı hava şəraiti kənd təsərrüfatına ciddi ziyan vurmayıb.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, nazirliyin mütəxəssisləri, eləcə də Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları rayonlarda təsərrüfatlara baxış keçirib: “Yalnız Göygöl, Qusar və Yardımlı rayonlarında fərdi təsərrüfatlara qismən ziyan dəydiyi müəyyən edilib. Amma bu ziyanlar ümumilikdə aqrar sektora mənfi təsir edəcək səviyyədə deyil. Məsələn, 10 hektarlıq ərazinin 20 sotluq hissəsi ziyan çəkib”. 

Report