Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azərtac-a bildirilib ki, müvafiq vergi yalnız pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması zamanı tətbiq olunur, yerli banklar, xarici bankın Azərbaycandakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən tutulmaqla dövlət büdcəsinə ödənilir.