Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, mayın 29-da qızılın qiyməti mayın 27-i ilə müqayisədə 9,044 manat azalaraq 1 unsiya üçün 2178,499 manat təşkil edib.
Gümüş 0,3852 manat ucuzlaşaraq 1 unsiya üçün 24,4726 manata bərabər olub.
Platinin qiyməti 7,752 manat azalaraq 1358,963 manat, palladiumun qiyməti isə 26,588 manat artaraq 2290,393 manat təşkil edib.
Ad | 29.05.2019 | 27.05.2019 | |
Qızıl | XAU | 2178.499 | 2187.543 |
Gümüş | XAG | 24.4726 | 24.8578 |
Platin | XPT | 1358.963 | 1366.715 |
Palladium | XPD | 2290.393 | 2263.805 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.