XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 17:35

Şahin Mustafayev:"Daha 23 müəssisə fəaliyyətə başlayacaq"

Azərbaycanda fəaliyyətdə olan sənaye məhəllələrində indiyədək 33 milyon manatlıq məhsul istehsal edilib.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev “AzərTAc”a müsahibəsində bildirib.

O bildirib ki, Neftçala və Masallı sənaye məhəllələri fəaliyyət göstərir, Sabirabad Sənaye Məhəlləsində isə son tamamlama işləri aparılır, Hacıqabul Sənaye Məhəlləsində işlər yekunlaşıb və sahibkarlar istehsalın qurulmasına başlayıblar: “Qeyd edilən sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla ümumilikdə, 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq”.

Nazir həmçinin qeyd edib ki, indiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 23-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 8 rezident istehsala başlayacaq.

Xatırladaq ki, Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır.