XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 14:47

Sahil Babayevdən maaş və pensiyalarla bağlı açıqlama:"Yeni təkliflər hazırlanır"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyatı qurumlarla birlikdə həm əməkhaqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, sosial paketin növbəti mərhələsi hazırlanmaqdadır: “Həm əməkhaqları, həm də pensiyalar ilə bağlı yeni təkliflərimiz olacaq. Azərbaycanın iqtisadiyyatı gücləndikcə, gəlirlər artıqca, ölkə başçısının əsas niyyəti bu gəlirin ilk növbədə əhalinin sosial müdafiəsinə yönəldilməsidir. Buna görə də Prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyatı qurumlarımızla birlikdə həm əməkhaqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayıb. Yaxın günlərdə biz bu təklifləri ölkə başçısına təqdim edəcəyik”.

Report