XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 June 2019 - 23:13

Əcnəbilər obyekt işlədərsə…- Vergi uçotuna durmalı, nəzarət–kassa aparatı quraşdırılmalıdırlar

Əcnəbi vətəndaş Azərbaycan Respublikasında obyekt işlətməsi üçün VÖEN və kassa aparatı almalıdırmı?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azərtac-ın sualına cavab olaraq bildirilib ki, vergiödəyicisi tərəfindən qeyd olunan fəaliyyət təsərrüfat subyekti (obyekti) vasitəsilə həyata keçirdiyi halda təsərrüfat subyekti vergi uçotuna qoyulmalı və nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınmaq üçün özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və Dövlət Miqrasiya Xidməti tərəfindən verilən vəsiqə əsasında yaşayış yeri üzrə vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergiödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla ödənişsiz olaraq vergi uçotuna alınmalıdır.