XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2019 - 11:28

Avropa Komissiyası Yunanıstanın büdcəsində 4,75 milyard avro kəsir aşkarlayıb –Hesabat

Avropa Komissiyası çərşənbə günü Yunanıstan iqtisadiyyatındakı vəziyyət və əhaliyə dövlət yardımı paketinin ona təsirinə dair xüsusi hesabat dərc edəcək.

Hesabatda 2019-2020-ci illər üzrə Yunanıstan büdcəsində 4,75 milyard avroluq kəsirdən danışılır.

“RİA  Novosti” xəbər verir ki, kreditorların nümayəndələri kəsiri Baş nazir Aleksis Tsipras tərəfindən bu yaxınlarda elan olunan tədbirlərin nəticəsi hesab edirlər.

O cümlədən hesabatda büdcə fərqi 2019-cu il üçün ÜDM-in 1 faizi (1,85 milyard avro) və 2020-ci il üçün ÜDM-in 1,5 faizi (2,9 milyard avro) səviyyəsində qiymətləndirilir. Yunanıstan hökuməti isə ÜDM-in 3,5 faizi səviyyəsində ilkin profisit əldə etmək öhdəliyi götürmüşdü/Report.