XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

04 İyun 2019 - 17:27

Beynəlxalq təşkilatlara üzvlük haqqı üçün ayrılan vəsaitlər… –Palata yoxlama apardı

Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Strateq.az Palataya istinadla bildirir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

– Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması vəziyyətinin və istifadə olunmasının qanunvericiliyə uyğunluğunun təhlilinə dair;

– Dövlət büdcəsindən beynəlxalq təşkilatlara üzvlük haqqı üçün ayrılan vəsaitlərin istifadəsinə dair.

Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub, qərarların icrası üçün aidiyyəti qurumlara onların göndərilməsinə, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara verilib.

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.