XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

04 İyun 2019 - 19:54

Yeməkxana, “BMW”, “Fiat”, “Chevrolet”, “Kia”, “Nissan”… –Bu dövlət əmlakları satıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Strateq.az Komitəyə istinadla bildirir ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Sabirabad rayonunda yerləşən 48 saylı yeməkxanadır:

“Ümumi sahəsi 226,3 kv.m, torpaq sahəsi 770 kv.m təşkil edən bu iaşə obyekti xidmət sahəsinə aid olmaqla investor üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib”.

Məlumata görə, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakı şəhərində yerləşən qeyri-yaşayış sahəsi olub: “Qeyd edilməlidir ki, hərracda müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapır. Özəlləşən nəqliyyat vasitələri Avropa, Asiya, Amerika istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlara “BMW”, “Fiat”, “Chevrolet”, “Kia”, “Nissan” kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi isə müxtəlif illəri əhatə edir. Budəfəki hərracda isə istehsal tarixi 2006-cı il olan “Nissan Maxima” markalı avtomobil özəlləşdirilib”.