XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 07:40

“Mcdonalds” restoranlarını bağlayır

Dünyanın ən böyük “fast-food” restoranlar şəbəkəsi olan “Mcdonalds”ın yeni inkişaf strategiyası təsdiq olunub.

Strateq.az-ın xarici mətbuata istinadən yaydığı məlumata görə, strategiyada korporasiya daxilində 4 bölmənin yaradılması nəzərdə tutulub. Bölmələrdən biri sırf ABŞ bazarı ilə işləyəcək. Digər bölmələr isə ABŞ-dan kənarda inkişaf etmiş, inkişaf etməkdə olan və yenicə formalaşan bazarları əhatə edəcək. Bundan başqa, yeni strategiyada optimallaşdırma tədbirləri də nəzərdə tutulub. “Mcdonalds” ilin sonuna qədər 700 ticarət nöqtəsini bağlamaq niyyətindədir. 2014-cü ilin yekunlarına görə, şirkətin bütün dünya üzrə 36 min civarında restoranı olub. “Mcdonalds” bəyan edir ki, artıq satış obyektləri artıq 2 ildir ki, planı yerinə yetirə bilmirlər. Bu ilin 1-ci rübündə isə restoranların şəbəkəsinin gəliri 11%, xalis mənfəəti isə 33% azalıb.