XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 İyun 2019 - 14:33

Gürcü nazir:“Azərbaycan Gürcüstanın strateji qaz tədarükçüsü olaraq qalacaq”

“Azərbaycan Gürcüstanın strateji qaz tədarükçüsü olaraq qalacaq”.

Bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava parlamentin İqtisadi siyasət komitəsinin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstanda Rusiyanın “Qazprom” şirkətinin dominantlıq edəcəyi barədə heç bir söhbət ola bilməz: “Bizim strateji istehlak seqmentinin Azərbaycan qazı hesabına təmin olunması ilə bağlı etibarlı zəmanətimiz var”.

N.Turnava bildirib ki, Gürcüstanın builki qaz balansına əsasən, 2 mlrd. 500 mln. kubmetr qazın istehlak olunacağı gözlənilir: “Bu həcmin 95 faizi Azərbaycan qazının payına düşür. Azərbaycan təbii qaz tədarükündə bizim strateji tərəfdaşımız olaraq qalır. Gürcüstan Azərbaycandan iki mənbədən qaz əldə edir. Gürcüstan tranzit ölkə kimi öz kvotasını və SOCAR-ın  tədarük etdiyi qazı alır. SOCAR-dan alınan qazla əhali və istilik elektrik stansiyaları təmin olunur”. 

Report