XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

08 İyun 2019 - 22:52

Gürcü nazir:"Gürcüstan cari ildə istehlak edəcəyi təbii qazın 95 faizini Azərbaycandan alacaq"

Gürcüstanda bu il 2,5 milyard kubmetr təbii qazın istehlak ediləcəyi gözlənilir. Bunun da 95 faizi Azərbaycan qazının payına düşəcək.

Bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

Nazirin sözlərinə görə, Azərbaycan təbii qaz tədarükündə Gürcüstanın strateji tərəfdaşı olaraq qalır: “Bu gün Gürcüstan Azərbaycandan 2 mənbədən təbii qaz əldə edir. Gürcüstan SOCAR-dan aldığı qazla əhalini və istilik elektrik stansiyalarını tam təmin edə bilir. Bundan başqa, Gürcüstan Azərbaycan qazının dünya bazarına daşınması ilə əlaqədar tranzit haqqı alır. Bu da ölkənin enerji təhlükəsizliyində istifadə olunur”.