XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 17:16

SOCAR ötən il nə qədər neft və neft məhsulları satıb? – [color=red]Rəsmi

SOCAR 2015-ci ildə ixrac etdiyi neft məhsullarının statistikasını açıqlayıb.

Strateq.az SOCAR-a istinadən xəbər verir ki, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin dekabr ayında 91 min 315 ton dizel yanacağı, 8 min 52 ton təyyarə yanacağı, 8 min 598 ton yüksək təzyiqli polietilen, 1 min 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1 min 981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edib: "Ümumilikdə, 2015-ci ilin yanvar-dekabr ayları ərzində 965 min 788 ton dizel yanacağı, 236 min 532 ton təyyarə yanacağı, 280 ton soba mazutu, 8 min 598 ton yüksək təzyiqli polietilen, 1 min 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1 min 981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edilib.

2015-ci ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 437,45 dollar, təyyarə yanacağının – 362,95 dollar, dizel yanacağının – 328,74 dollar, 1% kükürdlü mazutun qiyməti 164,85 dollar təşkil edib".