XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 January 2016 - 08:11

Azərbaycan Dövlət Neft Fondu İtaliyadan [color=red]əmlak alır

Azərbaycanın Dövlət Neft Fondu (SOFAZ) Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri) və Qətərdən olan suveren fondlarla birlikdə İtaliyanın Milan şəhərində ayrı-ayrılıqda üç daşınmaz əmlakın alınmasına və inkişaf etdirilməsinə ümumilikdə 380 milyon dollar sərmayə yatırmaq barədə razılıq əldə edib.

Bu barədə "The Wall Street Journal"-a əməliyyata yaxın mənbə məlumat verib.

Bildirilir ki, Əbu-Dabinin (BƏƏ) investisiya orqanı 1960-cı ildə tikilmiş binanı alır. Həmin bina sökülərək yerində yeni qüllə inşa olunacaq. Azərbaycanın Dövlət Neft Fondu isə İtaliya ticarət palatasından bina alır, mənbə WSJ-yə bildirib.

Qətərin investisiya orqanı dekabrın 22-də BNP Paribas SA-dan daşınmaz əmlak almaq barədə razılıq əldə edib, nəşr yazır.

Qeyd olunur ki, daşınmaz əmlakların alış qiymətləri açıqlanmayıb.

380 milyon dollara hər üç binanın yenidən layihənləndirilməsi dəyəri daxildir. Hər üç obyekt İtaliyanın Coima SGR daşınmaz əmlak şirkəti tərəfindən idarə olunacaq, mənbə bildirib.

Oxu.Az