XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 10:12

Ruslar Britaniyadan 15 aya 356 milyard dollar çıxarıb
Rusiyalı investorlar son 15 ay ərzində Britaniyadan 356 milyard dollar çıxarıblar.
“Times” qəzeti xəbər verir ki, bu, Britaniya seçkilərindən sonra ölkədə olacaq vəziyyətin qeyri-müəyyənliyi və Rusiyaya qarşı sanksiyaların gələcəyidir.
“CrossBorder Capital” maliyyə agentliyi bildirir ki, bu qədər pulun ölkədən çıxarılması misilsiz hadisədir və funt-sterlinqin kursuna ciddi təsir göstərə bilər.
Bununla belə “CrossBorder Capital” agentliyi pulların hansı banklardan çıxarılıb hara köçürüldüyü barədə məlumat verməyib.
Bəzi ekspertlər isə bu hadisəni dolların güclənməsi ilə əlaqələndirir. Onların fikrincə, dolların məzənnədə qalxması rusiyalı investorları pullarını funt-sterlinqdən dollara keçirməyə sövq edir.
Digər tərəfdən, ruslar pullarını əsasən Moskva üzərinə Ukraynaya görə qoyulan sanksiyalardan sonra çıxarmağa başlayıblar.
ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putin oliqarxlara öz pullarını “vətənə qaytarmağa” çağırmışdı(Musavat.com).