XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 January 2016 - 11:11

Nazirlik: [color=red]İranın Gürcüstana ixrac edəcəyi təbii qazın marşrutu məlum deyil

iran neft.jpg

Gürcüstan İrandan qaz idxal etməkdə maraqlıdır.

Bunu APA-nın sorğusuna cavab olaraq İranın Neft Nazirliyinin mətbuat katibliyindən bildiriblər.

Mətbuat xidmətindən bildirilib ki, Gürcüstana təbii qazın nəqli məsələsi ilkin tədqiqatlar mərhələsindədir. "Təbii qazın Gürcüstana Ermənistan vasitəsi ilə nəqli və onun həcmi barədə yayımlanan bütün xəbərlər həqiqəti əks etdirmir. Regionun bütün ölkələrinə, xüsusilə qonşu ölkələrə qaz ixrac etmək İranın strateji siyasətinin bir hissəsidir. Gürcüstan İrandan qaz idxal etməkdə maraqlıdır. Bununla bağlı İranın Milli Qaz Şirkəti daxilində müzakirələr aparılıb. Hələ ki, ixrac olunacaq təbii qazın həcmi, ixracatın başlama vaxtı və onun marşrutu ilə bağlı qərar qəbul olunmayıb".

Xatırladaq ki, İran KİV-in məlumatına görə, İran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.

İran Neft Nazirliyinin Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır: "Bununla yanaşı, razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır. Qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir".

Ə.Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır. 

Gürcüstanın Energetika Nazirliyinin bu günlərdə yaydığı məlumatda deyilir ki, hazırkı mərhələdə İran tərəfi ilə Gürcüstana təbii qazın nəqli ilə bağlı konkret razılıq mövcud deyil.