XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 June 2019 - 23:08

Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək- Yenilik

Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur.

Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov deyib.

Baş direktorun sözlərinə görə, bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərində “Elektron vergi hesab-fakturası” yazılmayacaq.

O bildirib ki, belə bir təşəbbüs sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb:

“Növbəti illərdə elektron qaimə-faktura və elektron vergi hesab-fakturalarının birləşdirilməsi ilə yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fəqləndirilməsi də nəzərdə tutulur”.