Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, iyunun 14-də qızılın qiyməti iyunun 13-ü ilə müqayisədə 17,1955 manat artaraq 1 unsiya üçün 2286,4405 manat təşkil edib.
Gümüş 0,2544 manat bahalaşaraq 1 unsiya üçün 25,394 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 1,904 manat artaraq 1383,392 manat, palladiumun qiyməti isə 71,247 manat artaraq 2465,221 manat təşkil edib.