XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 İyun 2019 - 13:04

Deputatdan maaş artımı ilə bağlı yeni təklif:"Bu sistemi formalaşdırmaq üçün kifayət qədər baza yoxdur"

“Azərbaycanda əməkhaqqının ÜDM-də çəkisi çox aşağıdır, cəmi 16-17% təşkil edir”.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı komitə sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, görülmüş tədbirlər nəticəsində əməkhaqqının xüsusi çəkisi 20%-ə qalxıb.

“Pul gəlirlərinin tərkibində də əməkhaqqının çəkisi aşağıdır. Bu bizə imkan vemir ki, vacib bir sıra proporsiyaları düzgün təhlil edək. Sovet sistemində əmək məhsuldarlığı əməkhaqqının artımı arasında konkret əlaqə məndə var. Hesablamalara görə, 1% əməkhaqqı artmalıdırsa, demək əmək məhsuldarlığı ondan çox artmalıdır. Əmək məhsuldarlığının əməkhaqqından üstün artması əsas qanunlardandır. Bu gün bu sistemi formalaşdırmaq üçün kifayət qədər baza yoxdur.

Təklif edirəm ki, əmək məhsuldarlığını hesablamaq üçün göstəricilər olsun. Sosial sahədə yeni əlavə dəyər yaranmır, xidmət yaranmır. Yaranır, amma biz onu necə edirik? Təhsil işçilərin əməkhaqqını artırırıq, bu lazımdır, lakin bunun səmərəliliyini necə ölçək? Keyfiyyət olmalıdır, yüksək ballar və nəticə olmalıdır. Texnoparklar üzrə, maşınqayırma, dəmir yolları, kənd təsərrüfatı üzrə hesablamaq olar”, – deyə Z.Səmədzadə əlavə edib/Report.