XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 09:33

Bank müştəryə zəng vurub, borcunu tələb edə bilərmi? – [color=red] CAVAB

 

bank borc.jpg

Bu gün bir çox insan tanımadığı nömrədən gələn zənglərə cavab vermir. Səbəbini soruşanda deyirlər ki, yəqin yenə kredit borcuna görə bankdan zəng vurublar.

Hətta bəzi insanlar bankın nömrəsini telefonundakı qara siyahıya əlavə edir ki, narahat edilməsin.

Ümumiyyətlə, bankların öz müştərilərinə zəng vuraraq, bu cür narahat etməsi hüquqi cəhətdən doğrudurmu? Doğrudursa, bunun qarşısını necə almaq olar?

“Kredit götürən şəxs borcunu vaxtında ödəmirsə, bankın səlahiyyətli nümayəndəsi ona zəng vurub, pulun ödənilməsini müəyyən bir çərçivədə ondan xahiş edə bilər”. 

Bunu ATV-yə açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Asif Abdullayev bildirib.

Onun sözlərinə görə, bəzən elə olur ki, bank nümayəndələri kredit götürən şəxsə zəng vurub, onu cinayət məsuliyyəti ilə hədələyir:

“Bunlar təbii ki, yolverilməzdir. Onlar yalnız etik çərçivədə, normal  həddə zəng vurub, kredit borcunun vaxtında ödənilməsi barədə müraciət edə bilərlər. Təbii ki, bu müraciət həmin şəxsin özünə edilməlidir. Bu məlumatın başqa şəxslərə yazılı şəkildə bildirilməsi yolverilməzdir.

Burada bank sirri deyilən bir məsələ var.

Kredit götürən şəxs tez-tez bank işçisinin müraciətlərindən narahat olursa, o, ilk növbədə rəsmi qaydada banka müraciət etməli, bu hallara son qoyulmasını xahiş etməlidir.  Mən hesab edirəm ki, bu nəticə verər. Nəticə verməzsə də, digər tədbirlər görülə bilər”.