2015-ci ilin yanvar-dekabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 118 mln. 196,7 min manat vəsait daxil olub.
Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bununla proqnoz tapşırığına 100,1% əməl edilib.
Hesabat dövründə vergi orqanlarında 76 877 vergi ödəyicisi qeydiyyata alınıb.