XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 11:16

“Dözməyə nə zaman, nə də potensial var, panika artır ” – [color=red] EKSPERT

rovsen.jpg

“Valyuta bazarında inzibati məhdudiyyətlər problemi həll etməyəcək. Əvvəlki illərdən fərqli olaraq idarəetmədə yanlış qərarların qəbuluna və icrasına iqtisadiyyatın dözməyə nə zamanı, nə də potensialı var. Bütün limitlər ötən 10 ildə xərclənib.

Strateq.az bildirir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, valyuta bazarında defisit yaradıb tələbi boğmağı hədəfə alan siyasət uğursuzluqla bitəcək.

Hökumətin müəyyən müddət ölkədən kapital çıxışını sərtləşdirməsinə bəlkə də haqq qazandırmaq olar. Amma valyuta təklifini məhdudlaşdırıb manatı dəyərdən salan qərar ölkəni sosial fəlakətə aparır. Qiymətlər kosmik sürətlə artır, cəmiyyətdə panika sürətlə artmaqdadır”.

R.Ağayevin sözlərinə görə, hökumət cəmiyyətə müsbət mesajlar verməlidir – amma quru sözlərlə yox: “Təcili antiböhran planı elan etməklə, gömrük sisteminin mətbuat səhifələrində deyil, gerçək həyatda hamının gözü qarısında islah etməklə, bir sıra gündəlik tələbat mallarına tətbiq olunan gömrük ödənişlərinə moratorium tətbiq etməklə, resursları hesabına valyuta bazarında valyuta təklifini dəstəkləməklə, təcili kreditlərin sığortası fondu yaradıb bank sektorunu manatla kredit ayırmalarına stimullaşdırmaqla, büdcənin sosial yükünə yenidən baxmaqla bu edilməlidir” .

Dünən yazdığım məqalədə də qeyd etmişdim ki, valyutaya təxirəsalınmaz tələblər var, heç olmazsa onun gündəlik həcmi dəqiq hesablanmalıdır. Banklar gündəlik olaraq həmin həcmi qarşılaya biləcək həcmdə valyuta kütləsi ilə təmin edilməlidir – təbii bankların valyuta satışını ciddi nəzarət və monitorinq altında saxlamaq şərtilə…