XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2019 - 12:29

Çay və şəkər tozu bahalaşıb –Türkiyədə

Türkiyədə əsas ərzaq məhsullarının qiyməti artıb.

“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, “Türkiyə Şəkər Fabrikləri A.Ş.” bu gün şəkər məhsullarını 16% bahalaşdırdığını elan edib. Bundan sonra 50 kq-lıq kisədə şəkər alıcılara 3,57 lirədən (1,05 manat) təklif olunacaq.

Şəkərlə yanaşı, qonşu ölkədə quru çayın da qiyməti artırılıb. Bu gündən etibarən Türkiyənin Çay Müəssisələri Baş idarəsi (ÇAYKUR) işçi və əməliyyat xərclərini nəzərə alaraq çayı 15% bahalaşdırdığını bəyan edib.