XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyul 2019 - 12:15

Nazir:"İsveçrə Azərbaycan iqtisadiyyatına 844 milyon dollar investisiya yatırıb"

İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 844 mln. ABŞ dolları məbləğində investisiya yatırılıb.

Strateq.az İqtisadiyyat Nazirliyinə istinadla bildirir ki, bunu nazir Şahin Mustafayev Berndə keçirilən İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolingerlə görüşü zamanı deyib.

Nazirin sözlərinə görə, ölkələr arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası mövcuddur. İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutma və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb.

İnşaat materiallarının istehsalı sahəsində İsveçrənin “Holcim” şirkəti, İsveçrə şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında tikilən inşaat kimyəviləri zavodu fəaliyyət göstərir. Bundan başqa, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Əməkdaşlıq və İnkişaf Agentliyi (SDC) ilə əməkdaşlıq mövcuddur. Bu çərçivədə Azərbaycanda 60-dan artıq layihə həyata keçirilib ki, bu da özəl sektorun inkişafı, maliyyə infrastrukturunun təkmilləşdirilməsi və s. kimi sahələri əhatə edir.

Azərbaycanda tikinti, ticarət, nəqliyyat, xidmət, kənd təsərrüfatı sahələrində 60-dan çox İsveçrə şirkətinin fəaliyyət göstərdiyini bildirən nazir Şahin Mustafayev SOCAR-ın İsveçrədə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Azərbaycan və İsveçrə yalnız ikitərəfli əsasda deyil, beynəlxalq maliyyə institutlarında da sıx əməkdaşlıq edirlər.

Öz növbəsində E. Bolinger İsveçrə iqtisadiyyatı, özəl sektorun inkişafı barədə məlumat verib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, Azərbaycanla enerji, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığını vurğulayıb.