XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 İyul 2019 - 23:19

Azərbaycanın təbii qaz ixracı 2 dəfəyədək artıb –Rəsmi

2019-cu ilin yanvar-may aylarında Azərbaycan 4,9 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən məlumat verib.

Hesabata əsasən, ixrac 871,6 milyon dollar təşkil edib (1,7 dəfə artım).

Ötən il ölkə 1,5 milyard manat dəyərində 7,9 milyard kubmetr qaz ixrac edib.

Yanvar-may aylarında Azərbaycandan pul ixracı 8,6 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəkindən 14,4 faiz çoxdur.