XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2016 - 16:12

“Exchange”lərdə məzənnə niyə yüksəkdir? – Azərbaycan Banklar Assosiasiyası [color=red]aydınlıq gətirdi

Bankların müəyyənləşdirdiyi alış/satış məzənnəsi ilə Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsi arasında fərq manatın üzən məzənnə rejiminə keçməsindən sonra avtomatik olaraq ləğv edilib. Bunu "Trend"-ə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, üzən məzənnə rejimi o deməkdir ki, bankların özündə və valyutadəyişmə məntəqələrində mübadilə məzənnəsinin formalaşmasında heç bir məhdudiyyət yoxdur: "Banklar hər bir mübadilə məntəqəsi üçün onun yerləşdiyi ərazidə tələb və təklifin əsasında fərdi olaraq mübadilə məzənnəsi formalaşdırır".

Z.Nuriyev qeyd edib ki, mübadilə məntəqələrində valyutaların yüksək satış məzənnəsi ilk növbədə xarici valyutaya tələbin artması ilə bağlıdır: "Hazırda mübadilə məntəqələrinin əməliyyatlarının 90 faizindən çoxu valyuta satışının payına düşür. Əhali əsasən valyuta alır, onu satmır. Lakin əhali arasında ajiotajın azalmasından sonra mübadilə məntəqələrində vəziyyət normallaşacaq".