XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2019 - 18:35

Birjalar son 4 ildə ilk dəfə OPEC-in qərarına ən pis reaksiyanı verib

Dünya birjaları son 4 ildə ilk dəfə OPEC-in qərarına ən pis reaksiyanı verib. Belə ki, “qara qızıl”ın qiyməti OPEC-in qərarından sonra kəskin ucuzlaşıb və hazırda bu itkilərin bərpası davam edir.

Azərtac xəbər verir ki, neftin qiyməti qlobal iqtisadi artımla bağlı narahatlıqlar fonunda geriləyir. Ötən gün OPEC-in neft istehsalının azaldılmasını nəzərdə tutan sazişin müddətini gələn ilin birinci rübünün sonunadək uzatmasına baxmayaraq, qlobal neft bazarı bu qərara son 4 ildə ilk dəfə ən pis reaksiyanı verib.

Həftənin əvvəlində “Brent” markalı xam neftin bir barrelinin qiyməti 66,5 dollara, “Light” nefti isə 60 dollar/barreldən alıcı axtarırdı. Lakin “OPEC plus” ölkələrinin Vyana görüşündən sonra neftin qiyməti kəskin – təxminən 4-5 faiz ucuzlaşmağa başlayıb. Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 63 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 56 dollara satılır.

Ekspertlərin fikrincə, hazırda neftin qiyməti OPEC-in qərarından sonrakı itkilərini bərpa etmək üçün mübarizə aparır. Digər tərəfdən, qlobal iqtisadi artımla əlaqədar narahatlıqlar, eləcə də ABŞ, Çin və Avropada azalan sənaye istehsalına dair məlumatlar “qara qızıl”ın qiymətinin formalaşmasına öz təsirini göstərir.