XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

10 Yanvar 2016 - 19:06

Mərkəzi Bank banklara güzəşt etdi – [color=red] İqtisadçı yeni təkliflər irəli sürdü

merkezi_bank_0001.jpg

Mərkəzi Bank kommersiya banklarına güzəşt edib. 

Belə ki, "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydaları"na edilən dəyişikliklərə əsasən, indi bankların rezervləri daha çox olacaq. 

Ekspertlər hesab edirlər ki, Mərkəzi Bank tərəfindən edilən bu güzəştlər, kommersiya banklarını öz müştərilərinə güzəştlər verməyə vadar etməlidir.

Strateq.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Mərkəzi Bank dövriyyədəki pulları artırmaq üçün tədbirlər görüb. Bununla da qeyri-qənaətbəxş aktivlər, yəni qaytarılma müddəti 60 gün gecikdirilmiş problemli kreditlər üzrə ehtiyat dərəcəsini 30%-dən 25%-ə, təhlükəli aktivlər, yəni 6 ay ərzində ödənilməyən kreditlər üzrə isə 60%-dən 50%-ə endirib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılacaq. Ehtiyatların dərəcələri qənaətbəşx aktivlər üzrə 1%, ümidsiz aktivlər üzrə 100% təşkil edir.

İqtisadçı Vüqar Bayramov banklara edilən güzəşti belə izah edib:

"Misal olaraq, 1 milyon qeyri-qənaətbəxş aktivləri var. Və əvvəllər həmin 1 milyona görə 300 min dollar ehtiyat normasına ehtiyac var idi. Artıq bu rəqəm 300 min deyil, 250 min dollar olacaq. Nəticədə 50 min dollar sərbəst aktiv kimi, bank tərəfindən istifadə oluna biləcək. Bu isə kommersiya banklarına aktivləri artırmaq imkanı verəcək".

Yeni qaydaların yanvarın 6-dan qüvvəyə mindiyini xatırladan iqtisadçı hesab edir ki, Mərkəzi Bankın bu güzəştləri, əslində, kommersiya banklarının da vətəndaşlar üçün güzəşt paketinin təqdim edilməsinə gətirib çıxarmalıdır:

"Bu baxımdan biz təklif edirik ki, Mərkəzi Bankın güzəştlərindən sonra kommersiya bankları, xüsusiylə dollarla olan kreditlərin müddətinin uzadılmasi, uzadılan müddətdə faizlərinin hesablanmaması, eyni zamanda, faiz dərəcələrinin aşağı salınmasına baxsın. Çünki bütövlükdə bankın mənfəəti və zərərinin az olması, onu müştərilərinin ödəmə qabiliyyətindən asılıdır".