Azərbaycanda pul bazası iyulun 1-nə 10 milyard 376,9 milyon manat təşkil edib.
Mərkəzi Bank xəbər verir ki, bu göstərici əvvəlki ayın müvafiq dövrü ilə müqayisədə 204,5 milyon manat çoxdur.
Ötən ilin sonuna ölkədə pul bazası 9 milyard 545,7 milyon manat olmuşdu/Azərtac.