XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 İyul 2019 - 21:57

“Ölkə üzrə 2614756,7 ton taxıl yığılıb” –KTN statistikanı açıqladı + CƏDVƏL

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb.

Strateq.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Nazirlik bildirib ki, ölkə ərazisində 813812,2 hektar ərazidə taxıl biçini aparılıb, 321568 hektar ərazidə arpa, 492244,15 hektar ərazidə buğda biçini başa çatıb:

“Ümumilikdə bu günədək ölkə üzrə 2614756,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağsu ərazisində arpa əkilmiş 16036 hektar sahənin 15740 hektarı artıq biçilib, buğda əkilmiş 20038,5 hektar sahənin 17410 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31 s/ha, buğda üzrə məhsuldarlıq 32,5 s/ha təşkil edir. Oğuz ərazisində arpa əkilmiş 4118 hektar sahənin 4100 hektarı artıq biçilib, buğda əkilmiş 11969 hektar sahənin 10900 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 30,8 s/ha, buğda üzrə məhsuldarlıq 31 s/ha təşkil edir”.

Məlumata görə, Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:

Rayon Buğda Arpa
Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq
Abşeron 307 265 18,6 761 730 12,5
Ağdam 12228 12228 39,0 2215 2215 35,5
Ağdaş 4272,9 4262 24,9 11630 11630 24,1
Ağcabədi 22503 22503 37,1 6672 6672 32,7
Ağsu 20038,5 17410 32,5 16036 15740 31,0
Balakən 1215 1042 28,0 457,7 457,7 28,7
Beyləqan 11148 10666 35,2 1765 1765 29,2
Bərdə 9041 9041 44,3 2601 2601 38,9
Biləsuvar 13713 13713 32,7 14900 14900 30,9
Cəbrayıl 2430 2395 35,0 550 550 30,5
Cəlilabad 54907,5 47002 37,1 4509,1 4460 35,2
Füzuli 28621 28459 31,6 8505 8505 29,0
Goranboy 8235 8205 31,0 13449 13339 29,0
Göyçay 8740 8740 31,0 6851 6851 30,5
Hacıqabul 25925 8789,7 23,8 11008 9967 30,0
İmişli 12715,5 12715,5 38,7 6322 6322 34,2
İsmayıllı 23200 12613 37,6 6173 6027 31,7
Kürdəmir 18120 18035 34,5 29926 29926 33,3
Qax 10934 10139 30,0 2881 2881 26,2
Qazax 8305 6721 36,7 4250 4214 24,7
Qəbələ 15790 11800 33,0 4400 4200 32,0
Masallı 7496 7496 23,2 2786 2786 21,4
Neftçala 7792,2 7792,2 33,2 31404 31404 27,5
Oğuz 11969 10900 31,0 4118 4100 30,8
Saatlı 19044 19044 42,9 5822 5822 36,2
Sabirabad 15536 15536 41,1 9600 9600 37,7
Salyan 6817 6817 41,8 9917 9917 34,9
Samux 5941 5941 32,6 3681,5 3676 35,3
Siyəzən 3788 2389 32,2 2516 2494 27,5
Şəki 45961,8 33460 35,1 21626,3 21580 34,3
Tərtər 7087,9 6966,6 41,7 3815 3815 33,7
Tovuz 13740 11210 32,7 1724 1724 26,4
Ucar 7390 7390 29,6 7716 7716 26,7
Yevlax 6630,6 6630,6 34,6 5082,5 5082,5 28,5
Zərdab 12986 12986 34,3 5730 5730 30,6