XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 İyul 2019 - 23:41

Azərbaycan nefti bahalaşıb –Dünya birjalarında

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 3-də 65,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 63,27 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.