XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 10:56

Bayraq Meydanında elektromobillər üçün yeni enerjidoldurma məntəqəsi açılıb – [color=red] FOTO

 

enerjidolma.jpg

“GreenCar” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində Bakıda daha bir enerjidoldurma məntəqəsi quraşdırılıb.

“GreenCar”dan AZƏRTAC-a bildirilib ki, elektromobillər üçün yeni enerjidoldurma məntəqəsi Dövlət Bayrağı Meydanı Kompleksi ərazisində quraşdırılıb. Bununla da “GreenCar”ın paytaxtdakı enerjidoldurma məntəqələrinin sayı 3-ə çatıb. Buna qədər belə məntəqələr Heydər Əliyev Mərkəzinin parkındakı parkinqdə və “Park Bulvar” alış-veriş mərkəzinin üst parkinq ərazisində quraşdırılmışdı.

Elektrik nəqliyyat vasitələrinin satış mərkəzi olan “GreenCar” MMC-nin IDEA və “Azərişıq” la birgə layihəsi çərçivəsində isə ümumilikdə Azərbaycanda 20 enerjidoldurma məntəqəsinin quraşdırılması nəzərdə tutulur. Bakıdan sonra bölgələrdə də belə məntəqələr qurulacaq.