XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

11 Yanvar 2016 - 11:15

Gəncədə valyutadəyişmə məntəqələri bağlandı, [color=red]lisenziyalar geri alındı

Azərbaycanın ikinci şəhəri Gəncədə bütün valyitadəyişmə məntəqələrinin fəaliyyəti bu gündən dayandırılıb.

Bu barədə məlumatı Musavat.com-a şəhərdə valyitadəyişmə fəaliyyəti ilə məşğul olan şəxslər veriblər. 

Məlumata görə, bu səhər Mərkəzi Bankın yerli idarəsinin əməkdaşları valyutadəyişmə məntəqələrinə əvvəllər verilmiş lisenziyaları geri alıblar və onlara bu fəaliyyətlə məşğul olmaq rəsmən qadağan edilib. Bildirilib ki, valyutadəyişmə fəaliyyəti ilə yalnız bank şöbə və filialları məşğul ola bilərlər. 

Qeyd edək ki, Gəncədə valyutadəyişmə məntəqələrinin sayı 20-dən artıq idi.