XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 14:53

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi [color=red]yeni qaydalar təsdiq edib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən (QKDK) "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun 48.3-cü maddəsinə müvafiq olaraq, "Fond birjasının məlumatları açıqlaması" Qaydası təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Komitənin İctimaiyyətlə Əlaqələr sektorundan bildiriblər ki, bu Qayda Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fond birjası tərəfindən onun fəaliyyəti, ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətlərinin tələb və təklif qiymətləri, həmçinin onlarla bağlanmış əqdlərlə bağlı məlumatların açıqlanmasına dair tələbləri müəyyən edir.

Eyni zamanda, QKDK tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 403-1.2-ci maddəsinə müvafiq olaraq "Törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü Qaydası" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qayda törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə yerləşdirilməsi və tədavülü qaydasını müəyyən edir.

Azertag.az