Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.
Trend-in məlumatına görə, iyulun 10-da qızılın qiyməti iyulun 9-u ilə müqayisədə 4,913 manat azalaraq 1 unsiya üçün 2368,559 manat təşkil edib.
Gümüş 0,0396 manat bahalaşaraq 1 unsiya üçün 25,6488 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 3,0345 manat azalaraq 1379,3205 manat, palladiumun qiyməti isə 14,5435 manat azalaraq 2633,81 manat təşkil edib.