2016-cı ildə dünyanın hansı itisadiyyalarına daha çətin olacaq? Harada geriləmə riski maksimaldır və iqtisadi “uğursuzluq”lardan bərpanı nə vaxt gözləməliyik? Bu sualı Bloomberg-in sorğuladığı iqtisadçılar cavablandırıb.
Ekspertlərin rəylərinə görə, iqtisadiyyatın dinamikasına görə Rusiya bu il ən pis iqtsadiyyatların sırasında görünəcək – onun 0,5% azalacağı gözlənilir.
Venesuela (-3,3%), Braziliya (-2,5%), Yunanıstan (-1,8%), həmçinin Ekvador (-0,5%) lap problemli olacaq. On ən pisin sırasına həmçinin qətiyyən artmayan Argentina, Yaponiya, Finlandiya və son dərəcə süst inkişaf gözlənən İsveçrə düşüb.
2016-cı ilin ən pis iqtisadiyyatları
İqtisadçılar Bloomberg-in xahişi ilə 93 ölkənin ÜDM-in düşməsi imkanlarını dəyərləndiriblər. Rusiya burada ən zəiflərin sırasında görünüb: onun 2016-cı ildə geriləmədən çıxmamaq ehtimalı 65% təşkil edib; yalnız Braziliya böyük azalma riski vəd edir – 75%. Ukrayna (geriləmə ehtimalı 60%), Argentina (60%) və Tayvan (55%) üçün proqnozlar qaranlıqdır. Bununla belə, ilin ikinci yarısında Rusiya (həm də Ukrayna üçün) geriləmə ehtimalı azalacaq.
Geriləmə ehtimalı
Ekspertlərin fikrincə, bu il bütövlükdə ən problemli qitə Latın Amerikası olacaq – Venesuelanı tam üçüncü il ÜDM-in azalması gözləyir, Braziliyanı isə 1901-ci ildən bəri ən dərin geriləmə gözləyə bilər.
Keçən il iki reytinq agentliyi – Standard & Poor’s və Fitch Ratings Braziliyanın kredit reytinqini “zibilli” səviyyəyədək endirib.
Avropa ölkələrindən “uğursuz” iqtisadiyyat onluğuna Finlandiya və İsveçrə düşüb – uyğun olaraq 1% və 1,2% atrım gözlənilir.
Bloomberg qeyd edir ki, birinci Rusiya ilə coğrafi və sıx iqtisadi əməkdaşlıq üzündən əziyyət çəkir, ikinciyə isə frankın avroya mübadiləsində ən yuxarı həddin ləğv edilməsi təsir edir.
İra Solomonova
Slon.ru (Rusiya), 11.01.2016