XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 14:55

Rusiyanın ən böyük bankı: [color=red]”Neftin qiyməti 25 dollaradək ucuzlaşarsa…”

Rusiyanın ən böyük bankı “Sberbank” (“Сбербанк”) neftin barrel qiymətinin 25 dollaradək ucuzlaşacağı təqdirdə, ciddi problemlərin yaşanacağı qənaətindədir.

“Reuters.com” xəbər verir ki, “Sberbank”ın rəhbəri German Gref bankın neftin barrel qiymətinin 25 dollara düşmə ssenarisini testdən keçirməyə başladığını bildirib.

G.Gref deyib: “Əgər neftin barrel qiyməti 25 dollaradək ucuzlaşarsa və 6 ay həmin səviyyələrdə qalarsa, bu vəziyyət ciddi problemlər yaradacaq”.

Qeyd edək ki, hazırda Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir bareli 31,51 dollara, “Brent”in barreli isə Londonun İCE birjasında 31,76 dollara satılır.

Azərtac