XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2019 - 20:20

Türkiyənin ən böyük şirkəti İrandan neft alışını dayandırdı –Sanksiyaya görə

Türkiyənin əsas xam neft idxalçısı olan “Tüpraş” holdinqi İrandan neft tədarükünü dayandırıb.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb ABŞ-ın sanksiyalarıdır.

Rəsmi Vaşinqton İrana sanksiyaları çərçivəsində keçən ilin noyabrda bu ölkədən neft alan və aralarında Türkiyənin də olduğu 8 dövlətə güzəşt tətbiq etmişdi. Lakin bu il mayın 2-dən həmin güzəştin ləğvi ilə əlaqədar “Tüpraş”ın İrandan neft tədarükünü dayandığı bildirilir.

Xatırladaq ki, 2018-ci ildə İran Rusiya və İraqla birgə Türkiyənin ən çox neft idxal etdiyi 3 ölkədən biri olub.