XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2019 - 21:11

Dünya birjalarında neftin qiyməti- Bu səbəblərdən bahalaşıb

Dünya birjalarında neftin qiyməti son 3 həftənin ən böyük həftəlik qazancına yönəlib.

Azərtac xəbər verir ki, “qara qızıl”ın qiyməti Yaxın Şərqdə davam edən gərginlik, ABŞ-ın xam neft ehtiyatlarının azalması və Meksika Körfəzində ehtimal olunan qasırğanın tədarük çatışmazlığı yaradacağına dair narahatlıqlar fonunda bahalaşır.

Belə ki, İran və Britaniya arasında neft tankeri ilə bağlı insident bölgədə gərginliyin artmasına səbəb olur. Bundan başqa, ABŞ-ın xam neft ehtiyatları son 3 ayın minimumuna enib. Şənbə günü Luiziana sahilinə çatması gözlənilən “Barry” tropik qasırğası isə Meksika Körfəzində istehsalın yarısının dayanmasına səbəb olub. Bütün bunlar neftin qiymətinin artan istiqamətli dəyişməsinə səbəb olan amillərdir.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 67 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60 dollardan baha satılır.