XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

13 Yanvar 2016 - 07:09

Deputatdan yeni təklif:[color=red] “Valyutadəyişmə məntəqələri Mərkəzi Mərkəzi Bank sektorunda olsun”
 
"Təklifimiz var ki, valyuta dəyişmə məntəqələri yalnız Mərkəzi Bank sektorunda, o cümlədən banklarda, hava limanı və digər yerlərdə fəaliyyət göstərsin".
 
Bunu SalamNews-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. O bildirib ki, hər tində valyuta dəyişmə məntəqələri olmasa, istənilən qiymət ilə valyutanı dəyişmək mümkün olmayacaq. Həmçinin millət vəkili qeyri-neft sektorunun inkişafının bu gün Azərbaycan üçün ən önəmli məsələ olduğunu vurğulayıb: "Qeyri-neft sektorunun inkişafının qısa müddətdə həyata keçirilməsi üçün kənd təsərrüfatı məhsullarının qonşu dövlətlərə ixracına diqqət artırılmalıdır. 2016-cı ildə neftin qiymətində müəyyən problemlər olsa da, qeyri-neft sektorunun inkişafı üçün müsbət addımlar atılarsa, ciddi sahələrə diqqət edilərsə, biz problemin qarşısını müəyyən qədər almış olarıq".