Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, iyulun 15-də qızılın qiyməti ötən günlərlə müqayisədə 6,545 manat artaraq 1 unsiya üçün 2399,6180 manat təşkil edib.
Gümüş 0,1177 manat artaraq 1 unsiya üçün 25,8483 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 13,447 manat artaraq 1416,4400 manat, palladiumun qiyməti isə 1,003 manat artaraq 2646,2880 manat təşkil edib.