XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

16 İyul 2019 - 14:47

“Rəsmi Kabil Azərbaycandan investisiyalar gözləyir” –Prezidentin köməkçisi

Rəsmi Kabil Azərbaycan-Əfqanıstan birgə müəssisələrinin yaradılmasında potensial görür və Azərbaycandan investisiyalar gözləyir.

Trend-in məlumatına görə, bunu Azərbaycan-Əfqanıstan işçi qrupunun işçi qrupunun rəhbəri, prezidentin baş köməkçisi, maliyyə naziri Mohamməd Humayun Qəyumu deyib.

O qeyd edib ki, Əfqanıstan xarici investorlar üçün daha əlverişli şərait yaratmağa çalışır.

M.H.Qəyuminin sözlərinə görə, Azərbaycan və Əfqanıstan müxtəlif sahələrdə, eləcə də özəl sektorda əməkdaşlığı genişləndirmək imkanlarına malikdir.

Qeyd edək ki, bu gün Bakıda keçirilən iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasının yekunları üzrə iki ölkə arasında əməkdaşlığa dair memorandum imzalanıb.