XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2015 - 07:32

Bankların dollarla kredit verməsində konstitusiya cinayətinin tərkibi varmı?


Mərkəzi Bankın 21 fevral tarixində manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərardan sonra ən böyük təşviş kredit götürənlər arasında yaranıb. Dolların kursunun 78-79 qəpik olduğu müddətdə dollarla kredit götürən hər kəsi indi bir sual maraqlandırır: kreditimi hansı kursla qaytarmalıyam? çünki birdən-birə dolların kursu manata nisbətdə 35% bahalaşıb.
Bu təxminən o deməkdir ki, 30%-lə götürdüyünüz krediti 65%-lə qaytarmalı olursunuz.
Elə qərar qüvvəyə mindiyi gündən etibarən iqtisadçılar, hüquqşünaslar bununla bağlı fikirlərini sosial şəbəkədə bölüşürlər.
Hüquqşünas Hüseyn Qasımov qanuna əsaslanaraq bildirir ki, Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa, ya da valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
Mərkəzi Bankın mövqeyi isə belədir ki, bu məsələ ilə bağlı Mülki Məcəllədə boşluq var. Real olaraq dolların manata qarşı məzənnəsinə görə kredit borcunuzu qaytarmalısınız.

Hüquqşünas Vamiq Şükürov açıqlamasında bildirdi ki, incəliyinə varanda banklar bu amili nəzərə alıb: “Bəli, onların sənədləşməni dollarla aparmağa ixtiyarı yoxdur. Banklar, eyni zamanda, bu gün yaranan risqləri də nəzərə alıb. Yəni məzənnə dollarla götürülə bilər. Siz dediyiniz kimi olsa, bu, hüquqi məsuliyyət yarada bilər. Gəlin detallara varaq. Kimsə bankdan 5000 dollar kredit götürübsə, ona pul kassadan kursa uyğun manatla verilib. Qaytaranda da elə olub. Bütün kassa əməliyyatları manatla aparılıb. Yəni dollar ifadəsi yalnız kurs üçün qüvvədə olub. Azərbaycanda fəaliyyət göstərən heç bir bank vətəndaşa dollar ekvivalentində götürdüyü krediti ABŞ valyutası ilə verməyib. Bunu edən bank, şübhəsiz ki, qanunsuzluğa yol verib”.