XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 12:47

ABŞ-ın neft hasilatı bu il gündəlik [color=red]700 min barrel azalacaq

neft-33.jpg

ABŞ-ın xam neft hasilatı bu il gündəlik 700 min barrel azalacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Bildirilir ki, neftin qiymətinin ucuzlaşması ilə əlaqədar ABŞ-da neft hasilatı bu il gündəlik orta hesabla 9,43 milyon barreldən 8,73 milyon barrelə geriləyəcək.

EIA-ya görə 2017-ci ildə ABŞ-da neft hasilatı gündəlik orta hesabla 8,46 milyon barrel olacaq.

Qurum 2016-2017-ci illərdə “Brent” neftinin barrelinin müvafiq olaraq 40,15 və 50 dollar, Qərbi Texas – “Layt” markalı neftin isə 38,54 və 47 dollara satılacağını proqnozlaşdırır.