XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2019 - 19:52

Neftin qiyməti “Barry” qasırğasından sonra itkilərini bərpa edir

Dünya birjalarında neftin qiyməti Meksika Körfəzində müşahidə olunan “Barry” tropik qasırğasından sonra itkilərinin bərpasına yönəlib.

Azərtac xəbər verir ki, “qara qızıl”ın qiyməti “Barry” qasırğasından sonra Meksika Körfəzində neft istehsalının yenidən bərpa olunması fonunda itkilərini bərpa edir. Qasırğa neftin qiymətinin təxminən son iki həftədə ən kəskin enişə səbəb olmuşdu.

Həmçinin qasırğa Meksika Körfəzində neft hasilatı qurğularının dörddəüçünün dayanmasına gətirib çıxarmışdı.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 66,61 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59,71 dollara alıcı axtarır.